Открыть меню

Новая книга Тофика Меликли

#
Millətimizin yumruq kimi kilidləndiyi, hər bir vətəndaşımızın, Səməd Vurğunun təbiriylə desək, özünü müsəlləh əsgər elan etdiyi bir vaxtda adı "Dahinin tənhalığı" olsa da, bu gün ictimaiyyətə ana dilimizdə təqdim olunan bu kitab mədəniyyət cəbhəmizin də boş qalmadıgına bir işarədir. Professor Tofiq Məliklinin böyük türk şairi Fazil Hüsnü Dağlarcaya həsr etdiyi əsər ümumtürk ədəbiyyatının uğurudur. Mənafeli, məkrli siyasət, şovinist baxış bir kənarda dursun, Tofiq müəllimin öz çıxışında dediyi kimi, cəsarətli olmaq lazımdır, cəsarət uğurun yarısıdır. Moskvada yaşayıb-yaradan Tofiq Məlikli böyük türkoloq kimi uca zirvələr fəth etmiş, Rusiya Elmlər Akademiyasınım müxbir-üzvü seçilmiş, əsərləri bir çox xarici ölkədə çapdan çıxmışdır.Yəni böyük türkoloq olmaq üçün Moskva mühiti ona mane ola bilməmişdir. O, Türkiyədə, Rusiyada universitetlərdə dərs demişdir. Kitabda da qeyd edilir ki, bu əsər Dağlarca haqqında yazılmış ən böyük tədqiqat əsəridir, şairin Vətənində belə onun haqqinda bu cür fundamental əsər yazılmamışdır. Bu qiymətli əsrin rus dilindən ana dilimizə tərcuməsini mənə etibar etdiyi ücün professor Тофик Меликлиyə, kitabin nəşrini gerçəkləşdirmiş Xeyal Rzazadeyə təşəkkürümü bildirirəm.Новая книга Тофика Меликли

Комментарии (0)

Добавить комментарий