Открыть меню

Tofiq Məliklinin yeni kitabı - "Suyu axtaran adam”

#

 

Namik Murad 

 

TOFİQ MƏLİKLİ ÖMRÜ

Professor Tofiq Məliklinin yeni kitabı - "Suyu axtaran adam” əsəri işıq üzü görmüşdür. Avtobioqrafik romanda bütün əngəllərə, çətinliklərə baxmayaraq "oddan qorxmayan suyu”, yəni uğuru, başarını, doğrunu, ədaləti, haqqı axtaran adamın həyat hekayəsi qələmə alınmaqda, eyni zamanda qəhrəmanın yaşamı fonunda 70 illik zaman kəsiminin real mənzərəsi öz əksini tapmaqdadır. Tofiq Məlikli kitabın yazılma səbəblərini belə izah edir: "...mən də, bir çoxları kimi, öz həyat yolumu, necə yaşadığığımı, yenidən dünyaya gələrsəm, bu yolu təkrarlamaq istəyib-istəmədiyimi, vicdanımın rahat olub-olmadığını düşünürəm”. Müəllif, davam edərək, düşüncələrinə aydınlıq gətirir: "...geriyə yolçuluq edərək, keçən günlərimi varaqlayaraq, "adam kimi yaşaya bildinmi?” sualına dürüst cavab verməyə çalışacağam. Bacaracağammı? Bilmirəm. Amma sınayacağam.” 
Mən hələ kitabı oxumamışam, ancaq, onun ayrı-ayrı fraqmentləri ilə Tofiq müəllimlə olan şəxsi söhbətlərimizdən və ya, mıətbuatdan aldığım məlumatlar vasitəsi ilə tanışlığım var. Ona görə də, kitab barədə hələlik fikir söyləməyəcəyəm. Ancaq, bir həqiqəti dəqiqliklə deyə bilərəm ki, Tofiq Məlikli unikal şəxsiyyətdir, həqiqi ziyalı, vətən və millət aşiqidir. O, çox çətin və və maraqlı bir ömür yolu keçmişdir. Tofiq müəllim səmimi bir həmsöhbətdir. Tofiq Məlikli ömrü tədqiq olunmağa və gələcək nəsillərə örnək olmağa layiqdir. 
Şərqşünas-türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Davud oğlu Məlikli Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü və tanınmış ictimai xadimdir. O. uzun illər Moskvada Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi, Moskva Dövlət Linqvistika Universitetinin Türk dili və mədəniyyəti bölümünün və Mədəniyyət Mərkəzinin başqanı olmuşdur.
Tofiq Məlikli türk xalqlarının ədəbiyyatı, dili, mədəniyyətinə həsr olunmuş bir çox monoqrafiyaların, o cümlədən "Nazim Hikmət və Türkiyənin yeni şeiri (rusca, 1987), "Türk ədəbiyyatı: köklər və budaqlar” (rusca, 1998), "Türkoloji problemlər” (azəricə, 2008), "Türkiyə ədəbiyyatı tarixi” (rusca, 2010), "Nazim Hikmət. Poeziya və poetika” (rusca, 2010), "Dahinin tənhalığı. Fazil Hüsnü Dağlarca” (rusca, 2014 və azəricə, 2016), başqa kitabların və 200-dən çox məqalələrin müəllifidir.
Bədii yaradıcılıqla da məşğul olan Tofiq Məlikli "Duyğuların ən gözəli”, "Ayrılıq heykəli” şeir kitablarının da yazarıdır. O, eyni zamanda onlarla Türk yazıçılarının əsərlərini ruscaya və azəri türkcəsinə tərcümə etmişdir. Tofiq Məlikli 30 il Moskvada fəaliyyət göstərən "Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin” başqanı olmuşdur.
Tofiq Məliklinin əsərləri Türkiyə türkcəsinə, fransızcaya, ingiliscəyə, çexcəyə, estoncaya, bolqarcaya, ərəbcəyə və başqa dillərə tərcümə olunmuşdur.
Əziz dostlar! Sizə xoş və faydalı mütaliə arzulayıram!

Şəkillərdə: Tofiq Məliklinin "Suyu axtaran adam” əsərinin üz qabığı. Bakı, "Təknur” – 2019. 384 səh.
Prof. Tofiq Məlikli, prof. Vaqif Sultanlı və mən, kitabın işıq üzü görməsi münasibəti ilə görüşüb, söhbət etdik.


Нравится 0 Не нравится

Советуем к прочтению

  • Püstə ağacı
  • Новая книга Тофика Меликли
  • Молитва
  • Комментарии (0)

    Добавить комментарий