Открыть меню

Молитва

#
Эльдар Ахадов, член Союза писателей России и азербайджанской Литературной Ассоциации «Луч» со своими стихами, рассказом и интервью журналу "Регион плюс" в переводе на азербайджанский язык.
 

Eldar Əhədov

SƏNIN HAQQINDA DUA

Allahım, Sənə yalvarıram, hal-hazırda bu sətirləri oxuyan şəxsə Səndən xahiş etdiyi hər şeyi əta et! Bunu ona tam şəkildə ver, çünki yalnız Sən bu cür əta etməyə qadirsən! Və qoy o həyatının bütün günlərində, və əgər mümkün olmazsa, heç olmasa müəyyən həddə xoşbəxt olsun. Ona möhkəm can sağlığı və yaxınlarının məhəbbətini, onlar tərəfindən anlayışla qarşılanmaq və mərhəmət hissi qismət et…

Elə et ki, onun qəlbi bütün mövcudiyyətə yalnız məhəbbətlə alovlansın. Onu təhqiredici sözlərdən, haqsızlıqlardan və paxıllıqlardan, müharibə və ölümlərdən, cismani və ruhi ağrılardan hifz et. Hətta bütün bunlar qaçılmaz olsa belə, o zaman da onu tərk etmə, ona təsəlli ver. Ona yer üzərində qiymətli, əziz olan hər şeyi onun üçün hifz et. Əgər bu barədə xahiş etmək gecdirsə, onu hafizəsindən məhrum etmə …

Bu duanı hal-hazırda oxuyan şəxsin Sənə inanıb inanmadığı mənə məlum deyil. Hətta əgər inanmırsa belə: ona yardım et! Qoy o yalnız olmadığını, lazımlı insan olduğunu və sevildiyini hiss etsin... Mənim mərhəmətli və rəhmli Allahım! Mənim bu arzumu yerinə yetir! Elə yerinə yetir ki, gözlərimi yummazdan öncə: "Sənə Şükürlər olsun, Allahım! Sən dualarımı eşidirsən...” deyə bilim!

Tərcümə: İsa Əhədov

Çayda nəqədər su var?

Ovcundaki nəqədər?

Çayın suyu buz kimi,

Ovcundakı bal kimi.

Ovcundan içərdim suyu

Səhərdən axşama kimi.

İçərdim saatlarla o suyu bal kimi.

*  *   *

Hər bir çayın

Hər çayın öz məcrası,

 Hər ruhun öz yağışı var.

İnsanı hər an yaşadır uzaq, əlçatmaz arzular.

Sən dağa çıxırsan ,dərə görürsən,

Sən ərə gedirsən, hərəm görürsən.

Hər dəfə,hər addım sən səhv edirsən.

Sənin yanındasa himn səslənir,

Qoyulan sualın həlli gözlənir.

Hər borunun öz tüstüsü,

Hər talein öz evi var.

 Bu dünyada hər bir şeyin

Öz bölgüsü, öz yeri var.

 

Haram

Bir gün şeirlərim məni qul olmaqdan xilas etdi. Bəlkə də "o gün şeirlərim həyatımı xilas etdi", desəm daha haqlı olaram.

Bu hadisə lap çoxdan Pamir dağlarının ətəyində,Tacikistanda baş verib. Burada vətəndaş müharibəsi təzəcə sovuşmuşdu.

Mən Pənc çayını keçib Əfqanıstana qaçaqmal aparan müccəhidlərin əlinə düşdüm.Onlar məni tutduqlarına çox sevindilər. Tərcüməcilərinin dediyinə görə,onlar məni palaza büküb Pənc cayındaki Moskva sərhəddindən keçirib Kandaqarda qul kimi baha qiymətə satmaq fikrində idirlər.

Əlacsiz qalmışdım. Nə edə bilərdim? Heç nə! Çarəsizlikdən başladım şeirlərimi oxumağa. Təbii ki, rus dilində. Tərcüməçidən başqa heç kim bir kəlmə də anlamırdı. Ancaq, gördülər ki, bu adi danışıq dili deyil.

Tərcüməçi məndən bu şeirlərin kimə məxsuz olduğunu soruşdu. Mən dedim ki, bu mənim şeirlərimdir.

Qəfildən, hər şey dəyişdi.Məni nəinki buraxdılar, hətta qarşımda iri bir dəstərxan açdılar. Plov,çay və başqa şərq ləzizləri gətirdilər.Sonra məni hörmətlə əvvəl olduğum yerə ötürdülər.Çox uzun müddət bu insanların fikrinin qəfil dəyişməsinin səbəbini anlaya bilmirdim.

Sonralar Lermontovun həyat və yaradıcılığını öyrənərkən onun Qafqazda başına gəlmiş oxşar bir hadisəylə rastlaşdım.

Deyirlər ki, dağlarda əfsanələrin ömrü uzun olur. İnsanların ömründən daha uzun.Çoxları bilir ki, Lermontovu Qafqaza onun Puşkinin ölümü haqda həqiqət dolu ürək ağrıdan misralarına görə sürgün etmişdilər. Onu dağlara, müharibəyə yollamışdılar və əmin idilər ki,o sağ qayıtmayacaq. Lermontov bu göndərişin məqsədini özü də bilirdi. Lakin, Lermontov güllə qarşısında da əyilmədi və bir gün hansı sa düşmən əsgərinin gülləsindən öləcəyini bilərək, özünə və əqidəsinə sadiq qaldı.

Bəlkə ona görə onun yaradıcılığında döyüşlərdə qaçılmaz ölümə həsr olunmuş bir çox şeirlər var. Lermontov fatalist idi. O həmişə döyüşə getdikdə qırmızı köynək geyinib fatalist kimi ölümün qarşısına çıxırdı.Lakin,dağ döyüşçülərinə qarşılarındakı insanın kim olduğu məlum olur.

Şərqdə düşmənə qarşı amansız olurlar,lakin, şairlərə xüsusi hörmət edirlər. Onların səsində xalqın haqq səsi səsləndiyinə görə onlara xüsusi münasibət göstərilir. Xüsusilə haqq yolunda əziyyətə məruz qalan şairlərə.

Lermontov döyüşlərin lap önünə atılırdı,lakin, bilmirdi ki, dəstələrinin başçıları döyüşçülərə belə bir əmr verirdilər.

"Baxın, o qırmızı köynəkli rus zabitini görürsünüz?Ona güllə atmayın. O şairdir!" Haram!- deyə bağırırdılar onlar. Və atıcılar qəsdən gülləni Lermontodan yan keçirdirdilər. Haram - "olmaz", "qadağandır", "Allah qarşısında günah" deməkdir. Dağ adamlarının təsəvvüründə Lermontov aşıq idi. Şərqdə səyyar şairlərə aşıq deyirlər.Heç bir döyüşdə,heç bir qarşıdurmada Mixail Yuriyevıçə bir güllə də dəymədi. Şərqdə şairləri hətta müharibədə belə öldürmürlər. Bu müdrik şərq adətidir.

Və görünür ki, bu adət bəzi Əfqan qəbilələrində indi də qüvvədədir. Şairə və dərvişə toxunan Allah cəzasına məhkumdur!

Məhz bu qayda məni müccəhidlərlə görüş zamanı xilas etdi. Şairlərə toxunmaq haramdır!

Yeri gəlmişkən, məhz bu sözü Müəmmər Qəddafi ona işkəncə verənlərə ölməzdən qabaq təkrar edirdi.Lakin, onu heç kim eşitmədi. Ya Liviyada zəmanə dəyişmişdi və keçmiş adətlər unudulmuşdu, ya da Qəddafini şair kimi qəbul etmədilər...

 

Tərcümə: Təranə Məmməd

 

 

Eldar Əhədov həm markşeyderliyi, həm də şairliyi necə bacarır?

 

Müəllif: Azhar NƏBİ Bakı

 

Eldar Əhədov Rusiya Yazıçılar İttifaqının üzvü, dörd dəfə «Rusiyanın gümüş qələmi» və «Rusiyanın qızıl qələmi» milli ədəbiyyat mükafatlarının, iki dəfə «Sulh naminə» mükafatının laureatı və bir çox digər ümum-Rusiya müsabiqələrinin mükafatçısıdır. O, «Mənim əlifbam», «Çin yuxu», «Skrijali vetra», «Daş əlifba», «Mənim gözlərimə bax», «Molitva o tebe», «Sevgi kitabı» «Derjavnıy panteon», «Slavənskiy panteon», «Neneükiy panteon» və bir sıra digər kitabların müəllifidir, əsərləri ABŞ, Bolqarıstan, İsrail, Ukrayna Azərbaycanda nəşr edilib.

E. Əhədov Leninqrad Mədən İnstitutunu bitirib. 1986-cı ildən Krasnoyarsk şəhərində yaşayır. Yaradıcı fəaliyyətlə yanaşı, ixtisası üzrə də işləyir.

- Eldar müəllim, şəhərli ola-ola, markşeyder olmağa necə qərar verdiniz?

- 1978-ci ildə Leninqrad Mədən İnstitutuna daxil oldum. Məsələ ondadır ki, o zaman Azərbaycanın rəhbəri Heydər Əliyeviç Əliyevin şəxsi təşəbbüsü ilə bir çox gənclərimiz, qızlarımız ali təhsil almaq üçün Sovet İttifaqının ən yaxşı ali məktəblərinə üz tuturdular. 1969-1982-ci illərdə SSRİ-nin ali məktəblərində oxumaq üçün 15 mindən artıq şəxs respublikanı tərk etmişdi. Bu, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə qayğısının ifadəsi idi. Həmin gənclərin sırasında mən də var idim.

Markşeyder ixtisası olmadan mədən işlərinin təcrübəli şəkildə aparılması, faydalı qazıntıların hasilatı mümkün deyil. Markşeyder bütün yeraltı işlərə istiqamət verir. Sadə dildə desək, qazıntının harada aparılmalı olduğunu göstərir…

- İnstitutu bitirdikdən sonra Azərbaycanda işlədiniz?

- Bəli, Azərbaycan SSR Geologiya İdarəsində işləmişəm. Vaxtımın çoxunu Kiçik Qafqazın dağlıq ərazilərində, Böyük Qafqaz silsiləsində - Şamxor (indiki Şəmkir - müəl.), Balakən, Zaqatala rayonlarında keçirmişəm - həm torpağın üzərində, həm də altında.

- Bəs, necə oldu ki, gedib Sibirə çıxdınız?

- Çox sadə. O zaman SSRİ vahid bir ölkə idi. Ailə qurdum və biz gənc komsomolçu ailə kimi valideynlərimizdən ayrı, müstəqil yaşamaq qərarına gəldik və beləcə, gedib Sibirə çıxdım.

- İsti Bakıdan sonra, qar bürümüş Sibirdə yaşamaq çətin olmadı ki?

- Uşaq vaxtı uzun müddət tatar olan nənəmin yanında, Penza vilayətinin kəndində yaşamışam. Orada qara, xizəkdə gəzməyə öyrəşmişdim. Məktəbi bitirdikdən sonra, Bakının layihə institutlarının birində çalışarkən, Leninqrad institutuna daxil oldum. Onda artıq qara, şaxtaya öyrəşmişdim.

İndinin özündə də Sibirdə çox həmyerlimiz yaşayır. Tümen neftini ilk dəfə aşkar etmiş Fərman Salmanov kimi azərbaycanlılar isə orada yaşamaqla yanaşı, digər millətlərin nümayədələri üçün nümunə idilər.

- Deyirlər, Sibirdəki iki çayı xəritəyə siz salmısınız və onlara sizin adınız verilib...

- Topoqrafik partiyanın rəhbəri idim. Partiyam Sayanın az öyrənilmiş rayonlarının birində işləyirdi. Sibirdə belə bir dağlıq bölgə var. Ərazinin öyrənilməsi zamanı aydın oldu ki, oradakı Teploy çayının iki real qolu xəritədə göstərilməyib. Onları ilk dəfə mən aşkara çıxardığımdan, bu qollara mənim adım verildi.

- Maraqlıdır, özünüzdə markşeyderliklə şairliyi birləşdirməyə necə nail olursunuz? Axı, bunlar tamamilə fərqli sahələrdir…

- Bunun biri digərini tamamlayır. Günümü kabinetdə keçirən şərqşünas olsaydım, gördüklərimi görməz, yaşadıqlarımı yaşamazdım. Həyat təcrübəmdən öyrəndiyim həyatı öyrənə bilməzdim. Mənə ən səriştəli oxucularla belə, eyni səviyyədə ünsiyyət saxlamağa imkan verən məhz bunlardır.

- Çoxdan yazırsınız?

- 1968-ci ildən - 8 yaşımdan.

- Yazıçılıq əməyi sizin üçün nədir?

- Yazıçılıq əməyi ərköyünlük yox, əsl əməkdir. O, şıltaqlıq, naz etmək deyil.

- İlk «senzor»unuz kim olub?

- Mənim senzorum olmayıb, müəllimlərim olub və onlar təcrübələrindən mənə çox şey öyrədiblər. Onlar mənə doğru yolu öyrətməyib, sadəcə, istiqamət veriblər. Əlbəttə ki, bu, Səməd Vurğunun məşhur tərcüməçisi Vladimir Qafarov və tanınmış uşaq şairi Mixail Yasnov idi. Onlar mənim Bakı və Leninqradda iştirak etdiyim ədəbi dərnəklərə rəhbərlik edirdilər. O zaman mən Bulat Okudjava və Mixail Dudinlə yazışırdım, dahi Süleyman Rüstəmlə ünsiyyətdə idim… Sonradan Viktor Astafyev və Timur Zülfüqarov kimi dünyasəviyyəli yazıçılarla ünsiyyət həyatımda dərin iz qoydu.

- Eldar müəllim, nə zaman yazırsınız? İstədiyiniz an?

- Çalışıram, «yalnız o zaman yaz ki, yazmaya bilmirsən» prinsipinə əməl edim.

- Bir gündə müəyyən həcmdə yazmaq üçün özünüsü «stula bağlayırsınızmı»?

- Heç vaxt. Amma xoşbəxtlikdən, uzunmüddətli işsizlik də olmayıb.

- Nədən ilham alırsınız?

- Yaşamaq sevgisindən.

- Bəs, stupor olurmu?

- Xeyr. Bürcüm su ünsürüdür. Su axır, maneələrin ətrafından keçir, yaxud üzərindən aşır.

- Yazmaq üçün fantaziyadan başqa nə tələb olunur?

- Səbir və sevgi.

- Yazıçı kimi sizin üçün ən böyük mükafat nədir?

- Oxucular.

- Eldar müəllim, çoxlu sayda mükafatınız var. Onlara necə yanaşırsınız?

- Həyatın unudulmaz anlarına yanaşdığım kimi. Onların hər birinin arxasında nəhəng emosional bir təbəqə, qat dayanır.

- Hazırda nəyin üzərində işləyirsiniz?

- Planlar çoxdur. Ötən il 12 kitabım çıxıb. Bu il nə qədər yazacağımı bilmirəm. Yazılmalı olan mövzular isə var və olacaq. Bu məsələdə mövhumatçı deyiləm. Lakin söz verdimsə, mütləq yazmalıyam. Çünki sözümə hörmət edirəm. Yaradıcılıq isə elə prosesdir ki, hansısa öhdəlikdən yox, sevgidən baş verir.

 


Нравится +1 Не нравится

Советуем к прочтению

  • Об авторе
  • Millət vəkili E.Axundova
  • Мы помним Вас -" Шахиды"!
  • Комментарии (0)

    Добавить комментарий