Открыть меню

Очередная встреча в Низаминской библиотеке

#

11 мая в Центральной библиотеке Низаминского района прошла встреча авторов ассоциации литературно-творческой ассоциации «ЛУЧ» с читателями и учащимися школы № 272. Во встрече принимали участие члены ассоциации «ЛУЧ»: Аладдин Ягубов, Саида Субхи и Лала Мамедова.

Встреча прошла в дружеской теплой обстановке, в поэтической атмосфере, школьники, окунувшись в ауру романтики и возвышенных чувств,  слушали  стихи наших современных азербайджанских поэтов о Родине, о Карабахе, о любви и дружбе, о родном городе-красавце Баку. После выступления авторов «ЛУЧа» школьники, все еще пребывая под впечатлением от общения с живыми поэтами,  задали интересующие их вопросы, касающиеся творчества гостей и азербайджанской литературы в целом.

 

Очередная встреча в  Низаминской библиотеке

 

Очередная встреча в  Низаминской библиотеке

 

Очередная встреча в  Низаминской библиотеке

 


      11 may 2018-ci il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Luç” Ədəbi-Yaradıcılıq Birliyi üzvlərinin oxucularla görüşü keçirildi.

       Görüşdə "Luç” Ədəbi-Yaradıcılıq Birliyinin əməkdaşları Səidə Sübhi, Lalə Məmmədova, Ələddin Yaqubov, MKS-nin kollektivi, 272 saylı tam orta məktəbin müəllimləri və şagirdləri, kitabxananın fəal oxucuları iştirak etdilər.

      Tədbiri MKS-nin direktoru S.Əliyeva açaraq "Luç" Ədəbi-Yaradıcılıq Birliyi haqqında qısa məlumat verərək qonaqları təqdim etdi.

       Ələddin Yaqubov "Luç” Ədəbi-Yaradıcılıq Birliyi haqqında geniş məlumat verərək bildirdi ki, rus dilində yazıb-yaradan gənc ədəbiyyat və incəsənətsevərlər bu birlikdə bir araya gələrək tədbir və müzakirələr keçirirlər. O, qeyd etdi ki, belə tədbirlərin keçirilməsi gənclərin maariflənməsində, həm də gənc yazarları tanımalarında böyük rol oynayır. O, oxuculara müxtəlif illərdə qələmə aldığı şeirlərini söylədi. Onun müxtəlif mövzularda yazdığı şeirləri dinləyicilərin böyük marağına səbəb oldu. Müəllif məktəb illərində yazdığı şeri haqqında danışdı.

     Gənc yazarların nümayəndəsi olan Səidə Sübhi ilk dəfə şeir yazmağa başladığı anları xüsusi bir həyəcanla dinləyicilərə anlatdı. Onun yardıcılığında əsasən təbiət, məhəbbət, vətən mövzuları üstünlük təşkil edir. Gənc yazar öz yazdığı şeirləri dinləyicilərə təqdim etdi.

      Ədəbi Birliyin üzvü Lalə Məmmədovanın ifasında əsasən məhəbbətə aid şeirlər səsləndi.

       Oxucuların verdiyi suallar yazarlar tərəfindən cavablandırıldı. 272 saylı tam orta məktəbin müəllimələri İ.Qələndərova, R.Qaralova, MKS-nin  metodika biblioqrafiya şöbəsinin müdiri S.Nağıyeva bu yaradıcılığın sözün əsl mənasında gənc nəslin sağlam ruhda tərbiyələnməsində, maariflənməsində müsbət rol oynamasından danışdılar. Belə tədbirlərin kitabxanalarda mütəmadi olaraq keçirilməsi  zəruridir.

     Sonda "Luç” Ədəbi-Yaradıcılıq Birliyi əməkdaşları kitabxana rəhbərliyinə, tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər.

Очередная встреча в  Низаминской библиотеке

 

Комментарии (0)

Добавить комментарий