Открыть меню

Интервью Тофика Меликли газете "525"

#

В газете «525» была опубликована беседа с Тофиком Меликли о том, как в 1988 году Общество Азербайджанской культуры «Оджаг» вопреки запретам и гонениям отметило в Москве 70-летний юбилей Азербайджанской Демократической Республики. Предлагаем вашему вниманию эту беседу.

 


Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyi Moskvada necə qeyd olundu?

1988-ci ildə Sovet İttifaqının paytaxtı Moskvada fəaliyyət göstərən "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 70 illik yubileyini keçirməyə nail olmuşdu.

Sovet işğalı nəticəsində mövcudluğuna son qoyulan cümhuriyyətin qurucularının xatirəsinin anılması, onlar barədə həqiqəti əks etdirən məlumatların ictimaiyyətə çatdırılması baxımından az əhəmiyyət kəsb etməyən bu tarixi hadisə hələ imperiyanın mövcudluğunu qoruduğu, kommunizm idealogiyasının əks düşüncəli insanlara qarşı təqiblərini davam etdirdiyi dövrdə baş verib.

Bu barədə "525"ə danışan həmin yubileyin əsas təşkilatçısı, tanınmış türkoloq, professor Tofiq Məlikli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüksəltdiyi azadlıq bayrağı, müstəqillik arzusu Sovet hakimiyyətinin bütün qarayaxmalarına baxmayaraq, bir çox aydınlarımızın, ziyalılarımızın qəlbində daima yaşayıb: "Onlar ilk fürsətdə bunu reallaşdırmağa, cümhuriyyətin dəyərlərini təbliğ etməyə çalışıblar". Professor bildirib ki, 1988-ci ildə Moskvada yaradılmış "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin iş planı müzakirə olunduğu zaman o Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyini qeyd etməyi təklif etmişdi: "Həmin dövrdə təşkilatın idarə heyətininin bəzi üzvülərinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumatları yox idi və bu səbəbdən onların belə bir tədbirin keçirilməsinə münasibətləri, yumşaq desək, o qədər də yaxşı deyildi. Həqiqətən o illərdə tarix kitablarında, orta məktəb dərsliklərində cümhuriyyətin adı belə çəkilmir, sadəcə müsavatçıların "xalqa və sosializmə" qarşı savaşdıqları yazılırdı. Belə bir mühitdə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyini keçirmək o qədər də asan iş deyildi. Bundan başqa, idarə heyətinin bir neçə üzvü dövlət qurumlarında işləyirdi və bu tədbir onlara qarşı müəyyən təqiblərə səbəb ola bilərdi. Ancaq bütün bunlara baxmayaraq, "Ocaq" cəmiyyətinin idarə heyəti belə bir tədbirin keçirilməsinə qərar verdi və tanınmış tarixçi alim, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun professoru Saleh Əliyevdən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətiylə bağlı geniş məruzə hazırlamasını xahiş etdi".

T.Məlikli qeyd edib ki, cümhuriyyətin 70 illiyi ilə bağlı keçirilən tədbirə olduqca böyük maraq var idi: "Tədbir keçirilən zalda ayaqda duranların sayı oturanlardan az deyildi. Saleh Əliyevin Demokratik Cümhuriyyət və onun liderləri haqqında geniş, ətraflı və obyektiv məruzəsi, professorlar - Qasım Kərimov, Rafiq Qurbanov, yazıçı-şərqşünas Əbdül Hüseyinov, mən və başqalarının çıxışları sayəsində tədbirə qatılanların bir çoxu ilk dəfə olaraq tariximizin bu şanlı səhifəsi ilə tanış olub, yaxın keçmişimizi yenidən kəşf ediblər. Bu toplantıda aralarında filoloq-alim Vilayət Quliyevin də olduğu Bakıdan gəlmiş qonaqlar da iştirak ediblər. Bu tədbir haqqında Bakıda bir qəzetdə kiçik bir xəbər də yayınlanmışdı".

Görkəmli türkoloq bildirib ki, 1988-ci ildən başlayaraq "Ocaq" Cəmiyyəti 20 il ərzində dəyirmi masalar, seminarlar, konfranslar keçirərək 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin quruluş gününü qeyd edib: "Bu tədbirlərdə cümhuriyyətin tarixini, onun liderlərinin həyatlarını ciddi araşdıran və onların əsərlərini fədakarcasına çap etdirən Ramiz Abıtalıbov, tarix eilmləri doktorları - Saleh Əliyev, Qasım Kərimov, professor Svetlana xanım Qasımova, Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını təbliğ edən Füzuli Fərəcov və başqalarının fəaliyyətlərini xüsusiylə qeyd etmək lazımdır. Əliağa Şıxlınskinin həyat yodaşı Nigar xanıma yazdığı məktublar əsasında Svetlana xanımın cəmiyyətimizin gəncləriylə birlikdə 2004-cü ildə hazırladığı "Məhəbbət poeması" adlı ədəbi-musiqili gecə sayəsində həmyerlilərimiz Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən birinin həyatını, mübarizəsini və sevgisin daha da yaxından öyrənmiş oldular. Hazırda Moskvada böyük bir zavodun direktoru və "Ocaqn ilk idarə heyətinin üzvü olan Fizuli Fərəcovun yaratdığı "Məhəməd Əmin Rəsulzadə Məclisi" cümhuriyyətin liderinə həsr olunmuş tədbirlər həyata keçirməkdir".

T.Məliklinin sözlərinə görə, "Ocaq" Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileylərini də yüksək səviyədə qeyd edib: "2003-cü il mayın 28-də Moskva Millətlər Evində cümhuriyyətin 85 illik yubiley gecəsiylə bağlı "Azeri.ru" saytında yer alan məqalədə yazılırdı: "Yubiley gecəsini giriş sözüylə açan professor Tofiq Məlikli Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixinin yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün Şərq dövlətləri üçün örnək olduğunu qeyd edib. Daha sonra məruzələrlə çıxış edən tarix elmləri namizədi, yazıçı Əbdül Hüseynov və akademik Əfran Daşdəmirov bugünkü Azərbaycan Respublikasının formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi rolundan bəhs ediblər". Həmin tədbirdə Rusyanın milli məsələlər naziri Vladimir Zorinin təbrik çıxışından sonra Dövlət Dumasının Milli məsələlər komitəsinin, Rusiya Xalqları Assambleyasının prezidenti Ramazan Əbdüllətifovun, Avrasiya Partiyasının sədri Əbdül-Vahit Niyazovun təbrikləri oxunub. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi ilə bağlı tələbələr arasında keçirilən futbol turnirinin qalibi Moskva Dövlət Texnika Universitetinə kubok verilib. Yubiley böyük konsert proqramı ilə yekunlaşıb.

Ceyhun ABASOV

525 –qazet  09.05.18  

 


Нравится +2 Не нравится

Советуем к прочтению

  • Millət vəkili E.Axundova
  • Комментарии (1)

      1. Лейла Бегим

        16-май, 2018, 13:02

        Низкий поклон Вам да это!

    Добавить комментарий